» » Bakıda "Dostluq körpüsü" II beynəlxalq folklor-rəqs festivalı keçirilir

Bakıda "Dostluq körpüsü" II beynəlxalq folklor-rəqs festivalı keçirilir

Bölmə: Mədəniyyət
Bakıda "Dostluq körpüsü" II beynəlxalq folklor-rəqs festivalı keçirilir
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərində “Dostluq körpüsü” adlı II beynəlxalq folklor-rəqs festivalı keçirilir.

İdarədən Xalqinfo.az-a verilən məlumata görə, festivala Azərbaycan, Rusiya, İran, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları, ümumilikdə, 400-dən çox iştirakçı qatılıb.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov Nizami Kino Mərkəzində festivala qatılan ölkələrin nümayəndələri ilə görüşüb. V.Zeynalov görüşdə festivalın keçirilməsində əsas məqsədin uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı, xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi olduğunu qeyd edib. Görüşün sonunda hədiyyələr təqdim olunub.

Qeyd edək ki, 7-13 iyul tarixlərində keçirilən festivalın açılış konserti iyulun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutub. İştirakçılar festival zamanı İdarə tərəfindən təşkil olunmuş ekskursiyalara qatılıblar. Qonaqlar Bakının tarix-mədəniyyət və təbiət qoruğu olan “Yanar dağ”, Şəhidlər Xiyabanı, Funikulyor, İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası, “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğu, Xalça muzeyi və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Festivalın yekun qala konserti iyulun 13-də Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler