» » İlin teatr mükafatları təqdim edilib -

İlin teatr mükafatları təqdim edilib - Foto

Bölmə: Mədəniyyət
İlin teatr mükafatları təqdim edilib -
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib və ilin “Sima” teatr mükafatı təqdim edilib.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, teatrın direktoru, Əməkdar artist, ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlar, təqdim olunan yeni tamaşalar, beynəlxalq qastrol və festivallar, müxtəlif ölkələrlə teatr arasında həyata keçirilmiş aktyor və rejissor mübadilələri haqqında ətraflı məlumat verib.

Teatr rəhbəri 89-cu teatr mövsümünün nailiyyətləri ilə yanaşı, yeni 90-cı teatr mövsümü üçün nəzərdə tutulmuş yaradıcılıq planlarından, hazırlanacaq tamaşalar, beynəlxalq qastrol və festivallar, yeni layihələrdən də söz açıb.

Hesabat iclasından sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi "Sima” mövsümi Teatr Mükafatı sahiblərinə təqdim olunub. Bu ilki mükafatlar “mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, “mövsümün ən işgüzar aktyoru”, “mövsümün seçilən aktyoru”, “mövsümün ən yaxşı texniki işçisi” “mövsümün fərqlənən aktyoru”, “teatrın dostu”, “mövsümün ən işgüzar əməkdaşı”, “mövsümün ən yaxşı epizodik rol ifaçısı” nominasiyası üzrə olmaqla, 12 adda müəyyənləşdirilib.

2017-ci ilin "Sima" mükafatlarına “Uğurlu debüt” - Xəyalə Meydanova, “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı” (kişi) - Elşən Şıxəliyev, “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı” (qadın) - Mehriban Abdullayeva, “Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı” - Hüsniyyə Quliyeva, “Mövsümün seçilən aktyoru” - Elnur Hüseynov, “Mövsümün ən işgüzar aktyoru” - Müşfiq Əliyev, “Mövsümün ən yaxşı texniki işçisi” - İradə Mirişli, “Mövsümün fərqlənən aktyoru” - Bəhram Həsənov, “Teatrın dostu” - Ülviyyə Həsənqızı, “Mövsümün ən işgüzar əməkdaşı” - Ələsgər Muradxanlı, “Mövsümün ən yaxşı epizodik rol ifaçısı” nominasiyasına Eyvaz İbrahimov layiq görülüblər.

Mükafatlandırma mərasimində münsiflər heyətinin qərarına əsasən, nominasiyalar üzrə qaliblərə diplomlar və pul mükafatları təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mükafatı teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanan ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə təsis olunub.

Mükafat ilk dəfə 2015-ci ildə təqdim olunub.

İlin teatr mükafatları təqdim edilib -
İlin teatr mükafatları təqdim edilib -
İlin teatr mükafatları təqdim edilib -
İlin teatr mükafatları təqdim edilib -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler