Ona Çində “Azərbaycan muğamının şahzadəsi” dedilər

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR
Ona Çində

Xanəndə Qoçaq Əsgərov Çinin ən böyük şəhəri olan Şanxayda “Shanghai Üorld Music Festival-2014” festivalı çərçivəsində üç günlük konsert proqramını təqdim edəcək.

ans press-in məlumatına görə, oktyabrın 16-da yola düşməyə hazırlaşan musiqiçi heyəti növbəti gün səhnəyə çıxacaq. Konsertlərdən ikisi açıq havada, biri bağlı məkanda keçiriləcək.

Xanəndənin çıxışından öncə musiqişünas, YUNESKOnun eksperti Sənubər Bağırovanın Azərbaycan musiqisi, muğamları haqqında çıxışı dinləniləcək.

Q.Əsgərov bildirib ki, dəvət ona dünya ulduzlarının konsertini təşkil edən məhşur menecer Lijiang Tang tərəfindən göndərilib. Qocaq Əsgərovun İngiltərədə verdiyi konserti dinləyən menecer onun avazını festival dinləyicilərinə eşitdirmək qərarına gəlib.

Repertuara gəlincə, azərbaycanlı xanəndə “Mahur”, “Şur” muğamları, “Bayatı-Şiraz”, “Şüştər” təsnifləri və xalq mahnıları səsləndirəcək. Onu tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edəcəklər.

Konsertin afişaları artıq Şanxayın küçələrinə vurulub. Orada Qocaq Əsgərov ictimaiyyətə “Azərbaycan muğamının şahzadəsi” kimi təqdim edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler