» » AMEA-nın muzeyləri sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq

AMEA-nın muzeyləri sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq

Bölmə: Mədəniyyət
AMEA-nın muzeyləri sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq
Azərbaycan Milli Elmlər Akademiyası muzeylərində sahibkarlıq fəaliyyəti həyata keçiriləcək.

Xalqinfo.az xəbər verir ki, AMEA-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın muzeylərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları müzakirə olunub.

Mövzu ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycan Prezidentinin 11 dekabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Akademiyanın nizamnaməsi və "Elm haqqında" qanunun müvafiq maddəsinə əsasən AMEA-nın elmi müəssisə və təşkilatları öz maddi-texniki bazalarını möhkəmləndirmək, əməkdaşlarının sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər.

Akademik qeyd edib ki, AMEA-nın muzeylərinin sahibkarlıq fəaliyyəti həmin qurumların nizamnamələrində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun tənzimlənməlidir.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, "Azərbaycan Milli Elmlər Akademiyasının muzeylərinin sa­hib­kar­lıq fəaliyyətinin həyata keçirməsi Qaydası"nı təsdiq edib. Müvafiq elmi müəssisələrin rəhbərlərinə xidmətlərin bu qaydalara uyğun olaraq göstərilməsini qanunvericiliklə müəyyən edilmiş müqavilələr əsasında həyata keçirmək tapşırılıb.

Muzeylərin fəaliyyətlərinin genişləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndi­rilməsi və işçilərinin əməyinin stimullaşdırılması məqsədilə həyata keçirilən sahibkarlıq fəaliy­yətləri bu Qaydalara edilmiş əlavələr, fiziki və hüquqi şəxslər arasında bağlanmış mülki hüquqi müqavilələr əsasında müəyyən edilir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler