» » Xalq Cümhuriyyətinin 100 illiyi barədə tədbirlər planı təsdiqlənib

Xalq Cümhuriyyətinin 100 illiyi barədə tədbirlər planı təsdiqlənib

Bölmə: Mədəniyyət
Xalq Cümhuriyyətinin 100 illiyi barədə tədbirlər planı təsdiqlənib
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tədbirlər Planı təsdiq edilib.

Xalqinfo.az xəbər verir ki, AMEA-dan verilən məlumata görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinə dair “İstiqlal bəyannaməsi”nin qəbul olunduğunu qeyd edərək AXC dövründə bütün ölkə vətəndaşlarına bərabər hüquqların verildiyini, irqi, milli, dini və sinfi ayrı-seçkiliyin ləğv olunduğunu söyləyib.

Rəyasət Heyəti Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamın icrasından irəli gələn məsələlərin həlli və AXC-nin 100 illiyinin qeyd olunması məqsədilə AMEA-nın Tədbirlər Planının təsdiqlənməsi haqqında qərar qəbul edib. AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə daxil olan institutlarda 2017-2018-ci illər ərzində yubileylə bağlı bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, məqalələr, müxtəlif kitablar, sənədlər toplusu, elmi-biblioqrafik göstəricilər, monoqrafiyaların nəşri, sərgilərin təşkili Tədbirlər Planında yer alıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler