» » Xalq artisti dəfn olundu - "Qurd Qapısı"nda

Xalq artisti dəfn olundu - "Qurd Qapısı"nda

Bölmə: Mədəniyyət, MANŞET
Xalq artisti dəfn olundu - "Qurd Qapısı"nda
Xalq artisti Xumar Zülfüqarova “Qurd Qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

"Xalqinfo"nun məlumatına görə, bu barədə Teleqraf.com-a açıqlamasında mərhumun nəvəsi Eldar Zülfüqarov məlumat verib.

O, qeyd edib ki, vida mərasimində xalq artistinin Xoreoqrafiya məktəbindən olan dostları, məktəbin tələbə və müəllim heyəti iştirak edib. Sənətkarı son mənzilə yola salmağa Məryəm Süleymanova, Təranə Muradova kimi tanınmış tələbələri də gəliblər.

Eldar Zülfüqarov deyib ki, dəfnin təşkilinə Mədəniyyət və Turizm Nazirliyinin də köməyi dəyib: “Biz dəfn üçün yer axtarırdıq. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri dəfn və vida mərasimini öz öhdələrinə götürdülər, ona yer ayırdıqlarını bildirdilər”.

Mərhumun 3 mərasimi sabah Teymur Əliyev küçəsində yerləşən 9 mərtəbəli binanın arxa həyətində baş tutacaq.

Qeyd edək ki, xalq artisti Xumar Zülfüqarova dünən günorta saatlarında 90 yaşında dünyasını dəyişib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler