» » Qəndab Quliyevanın son rəqsi - Video

Qəndab Quliyevanın son rəqsi - Video

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Qəndab Quliyevanın son rəqsi - Video
Bir neçə gün əvvəl dünyasını dəyişən Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyevanın sosial şəbəkədə yeni videosu yayılıb.

"Xalqinfo"nun məlumatına görə, videonu xanəndənin oğlu anasının adı ilə idarə etdiyi səhifədə paylaşıb.

Görüntüdə xalq artistinin oğlu ilə rəqs etməsi əks olunub.

Xatırladaq ki, Q.Quliyeva iyunun 26-da 67 yaşında dünyasını dəyişib.

Səhhətində ciddi problemlər yaranan Q.Quliyeva bir neçə gün əvvəl Respublika Müalicəvi Diaqnoztika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler