» » Bulvarda möhtəşəm rəqs gecələri -

Bulvarda möhtəşəm rəqs gecələri - Hər şənbə və bazar

Bölmə: Mədəniyyət
Bulvarda möhtəşəm rəqs gecələri -
Azərbaycan Gənclər İttifaqı və Bakı Dənizkənarı Park - Bulvar idarəsi tərəfindən, şəhər sakinləri və qonaqlar üçün asudə vaxtın bir üsulu da qayıdır!

Xalqinfo.az-ın məlumatına görə, hər şənbə və bazar günləri Jam SS rəqs studiyası, Azərbaycan Rəqs Assosiasiyası (ARA), Azərbaycan Gənclər İttifaqı (AGİ) təşkilatçılığı ilə Bakı Dənizkənarı Park - Bulvar da, yay mövsümünün bağlanmasına qədər, bütün arzu edənlər üçün pulsuz dərslər və rəqs axşamları keçiriləcək. Tədbirin əsas məqsədi - faydalı məşğuliyyəti üçün imkanlarının verilməsi, habelə rəqs etməyə marağı artırmaq, yeni istedadların üzə çıxarılması.

Bu şənbə şəhərimizin sakinlərini və qonaqlarını, səksəninci illərin hit musiqisi axşamı və “Hustle” rəqs dərsləri gözləyir, amma artıq bazar günü dərslər aşağıdakı rəqs istiqamətləri üzrə keçiriləcək: Hip - Hop (müəllim Rəsul Həsənov), Modern, (müəllimə Lali Sultanova ), Milli (müəllimə İnarə Tağızadə) Ləzginka (müəllim İmam Baxışov), Popping (müəllimə Zülfiyyə Qazıyeva).

Azərbaycan gənclər İttifaqının ictimai layihənin məqsədi - ölkəmizin mədəni irsinə qarşı imkan daxilində daha çox insan cəlb etmək və gənclər arasında sağlam həyat tərzi haqqında biliklərinin səviyyəsini artırmaq, həm xarici, həm də bizim etnik rəqs sənəti haqqında maksimal geniş təsəvvür yaratmaq. Hələlik, əlbəttə ki, bizim xalq rəqsi məşhurluğuna görə liderdir.

“Qeyd edək ki, istənilən şəxs hər şənbə bazar günləri saat 19:00-dan 21:00-dək açıq dərslərə gələ bilər. Dərslər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasındaki açıq meydançada keçiriləcək. Məşğələlər Jam SS rəqs studiyasının peşəkar müəllimləri, dəfələrlə Azərbaycan çempionları, Qafqaz, Rusiya və Avropada ustad dərslərini keçmiş, dünya və avropa yarışlarının mükafatçıları keçirirlər. Beləliklə, bütün həftə paytaxt sakinləri və qonaqları, öz istedadını nümayiş etdirmək və şən vaxt keçirmək üçün istirahət günlərini səbirsizliklə gözləyəcəklər.” – AGİ Sədr Müavini Əziz Əzizov deyir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler