Fidan Hacıyeva Parisdə solo konsert verəcəkBölmə: Mədəniyyət
Xalq artisti Fidan Hacıyeva iyulun 14-də Fransanın paytaxtı Parisdə yerləşən “Azərbaycan evi”ndə solo konsert verəcək. Konsert proqramı Fransada milli bayram kimi qeyd olunan Bastiliyanın alınması günü (1789-cu ilin 14 iyul) münasibətilə təşkil olunur. Xalqinfo.az xəbər verir ki, bu barədə opera ifaçısı özü məlumat verib. F.Hacıyeva fortepianoda Zülfiyyə Sadıqovanın müşayiəti ilə Üzeyir Hacıbəyov, Jorj Bize və digər Azərbycan və Fransa bəstəkarlarının əsərlərini səsləndirəcək. Qeyd edək ki, Fidan Hacıyeva 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2000-ci ildə Türkiyədəki “Aspendos” antik teatrının səhnəsində açıq səma altında, 15 min tamaşaçı qarşısında çıxış edib. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqənin qalibidir. 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb, 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub. 2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının “Peşəkar vokal ifaçılarının müsabiqəsi”nin qalibidir. 2012-ci ildə İtaliyanın Berqamo şəhərində yerləşən Donisetti adına teatrında təşkil edilmiş “Gran Gala” konsertində klassik italyan musiqisinin təbliğindəki xidmətinə görə “Sülhməramlı səfir” diplomu ilə təltif olunub. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Xalq artisti” adına laiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb. Azərbaycan opera səhnəsinin “Karmen”i adlandırılır. Leyla Həsənova |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|