» » “Əziz Əliyev. Biblioqrafiya” təqdim olundu -

“Əziz Əliyev. Biblioqrafiya” təqdim olundu - Fotolar

Bölmə: Mədəniyyət, KİTAB ALƏMİ
“Əziz Əliyev. Biblioqrafiya” təqdim olundu -
Azərbaycan Milli Kitabxanasında “Əziz Əliyev. Biblioqrafiya” kitabı və “Əziz Əliyev” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Xalqinfo” xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Milli Kitabxana tərəfindən hazırlanan və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çap olunan kitab görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Prezident İlham Əliyevin 18 noyabr 2016-cı il tarixli Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzaladığını bildirib.

Qeyd edib ki, Əziz Əliyevin yubileyi respublikamızda silsilə tədbirlərlə qeyd olunur. Görkəmli alimin vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışan direktor təqdim edilən kitabın Əziz Əliyevin xatirəsinə hədiyyə olduğunu diqqətə çatdırıb.

Daha sonra Milli Kitabxana tərəfindən hazırlanmış Əziz Əliyev haqqında qısa film nümayiş olunub. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasında xüsusi xidmətlərindən söz açıb.

Bildirib ki, tariximiz və cəmiyyətimiz üçün töhfə verən insanların həyat və fəaliyyətləri dəyərli nəşrlərdə tarixə köçür. Bu gün görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi ərəfəsində nazirlik bu biblioqrafik göstəricini nəşr etməklə xalqımıza xidmət etmiş övladına öz töhfəsini vermiş olur.

“Əziz Əliyev. Biblioqrafiya” təqdim olundu -
“Əziz Əliyev. Biblioqrafiya” təqdim olundu -
“Əziz Əliyev. Biblioqrafiya” təqdim olundu -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler