» » “Yallı” təqdim olundu -

“Yallı” təqdim olundu - Fotolar

Bölmə: Mədəniyyət
“Yallı” təqdim olundu -
İyunun 13-də Qobustan Milli tarix-bədii qoruğunda “Yallı” adlı bədii proqram təqdim olunub. “Xalqinfo” xəbər verir ki, tədbir Qobustan qoruğunun yaradılmasının 50 və UNESCO-nun Dünya irsi siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində keçirilib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, digər rəsmilər, “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” beynəlxalq elmi konfransının nümayəndələri iştirak edib.

Əvvəlcə qonaqlar qoruq ərazisində yerləşən muzeylə tanış olublar. Muzeyin “Qobustanda arxeoloji kəşf“ zalında petroqliflərin aşkar edilməsi və öyrənilməsi, qazıntıların aparılması prosesləri əks olunub. Burada arxeoloji təbəqələrdən tapılan daşlar, saxsı qablar və digər eksponatlar maraq doğurur. Ziyarətçilər sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər.
Məlumat verilib ki, Qobustan Milli tarixi-bədii qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb.

Daha sonra Böyükdaş dağının yuxarı hissəsində “Yallı” adı altında bədii proqram nümayiş olundu. Proqramda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Fərəc Qarayevin “Qobustan kölgələri” baletindən parçalar, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üzvlərinin ifasında “Çoban” rəqsi, “Qızlar” rəqsi, Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin ifasında “Köçəri” yallısı və “Qaval” rəqsi nümayiş olunub.

Xalq artisti Azər Zeynalov, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlunun ifasında mahnılar səsləndirilib.

“Yallı” təqdim olundu -
“Yallı” təqdim olundu -
“Yallı” təqdim olundu -
“Yallı” təqdim olundu -
“Yallı” təqdim olundu -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler