» » Deputat tanınmış yazıçının romanını Azərbaycan dilinə tərcümə etdi

Deputat tanınmış yazıçının romanını Azərbaycan dilinə tərcümə etdi

Bölmə: Mədəniyyət, GÜNDƏM
Deputat tanınmış yazıçının romanını Azərbaycan dilinə tərcümə etdi
Bu gün Dövlət İdarəçilik Akademiyasında Milli Məclisin deputatı Cavanşir Feyziyevin tərcümə etdiyi kitabın təqdimatı keçirilib.

Xalqinfo.az xəbər verir ki, Cavanşir Feyziyev Patrik Modianonun “Məhəllədə azmamaq üçün” adlı romanını fransızcadan Azərbaycan dilinə çevirib. Oxuculara təqdim olunan roman 2014-cü ildə Fransada çap olunub və elə həmin il görkəmli yazıçı İsveç Akademiyası tərəfindən Nobel mükafatına layiq görülüb.
P. Madianonun bir neçə əsəri Azərbaycan dilinə çevrilsə də, “Məhəllədə azmamaq üçün” romanı yazıçının iztirablarını və oradan keçirərək, təsvir etdiyi ağrılarını özündə daha dəqiq əks etdirir.

“İşğal altındakı həyat tərzinin insan taleyinə təsirinin dərkinə yönələn xatirələrin məharətlə təsvirinə görə” Nobel mükafatına layiq görülən Madianonun sarsıntıları bu kitab vasitəsilə Azərbaycan dilində də öz oxucusu ilə asanlıqla “dil tapacaq”.

Xatırladaq ki, Patrik Modiano fransız ədəbiyyatının ən görkəmli simalarından biridir. 35 illik ədəbi karyerasında otuza qədər romanın müəllifi olan yazıçı özünə geniş miqyaslı oxucu kütləsi qazanıb. Yaradıcılığının əsas leytmotivi müharibə və işğal şəraitində cəmiyyətdəki hərəkətlilik, insan şəxsiyyəti, özünün də həyatına böyük təlatümlər gətirmiş müharibə və ata mövzularıdır. O, eyni zamanda bir sıra filmlər üçün ssenarilərin, bir neçə mahnı albomunun müəllifidir. Romanları dünyanın bir çox dillərinə tərcümə olunub.

Qeyd edək ki, bu kitabla yanaşı Cavanşir Feyziyevin fransızcadan Azərbaycan dilinə tərcümə etdiyi hekayələr, məqalələr mütəmadi olaraq dövri mətbuat orqanlarında çap edilir.

Deputat həmçinin, 2015-ci ildə fransız tarixçisi və hüquqşunası Jorj dö Malvilin “1915-ci il erməni faciəsi” adlı kitabını tərcümə edib və əsər Azərbaycan dilində “Mütərcim” nəşriyyatında çap olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler