» » Xalq artisti müayinə üçün Türkiyəyə getmək istəyir

Xalq artisti müayinə üçün Türkiyəyə getmək istəyir

Bölmə: Mədəniyyət
Xalq artisti müayinə üçün Türkiyəyə getmək istəyir
Xalq artisti, məşhur diktor Rafiq Hüseynov xəstəxanadan evə buraxılıb.

Bu barədə APA-ya Rafiq Hüseynovun özü məlumat verib. O, müayinə üçün Türkiyəyə getməyi planlaşdırdığını bildirib:

“Deyə bilmərəm ki, yaxşıyam, yaxşı olmaqdan keçib. Müalicələr davam edir, həkim nəzarəti altındayam. Yenidən Türkiyəyə getməliyəm ki, müayinə olunum. Onkoloji xəstəlik məni incitmir, onun fəsadları aradan qalxıb. İndi müxtəlif xəstəliklərdən əziyyət çəkirəm. Diaqnoz bir xəstəliklə bağlı deyil. Sağlıq olsun, gedim Türkiyəyə, görək həkimlər nə deyir”.

Qeyd edək ki, R. Hüseynov mayın 16-dan Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunurdu.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler