“Nənəm həmişə “krasavitsa” qalsın” - Amaliya xanımın nəvəsiBölmə: Mədəniyyət
![]() ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı xalq artisti, aktrisa Amaliya Pənahova olub. “Xalqinfo” xəbər verir ki, maraqlı açıqlamaları ilə diqqət çəkən xalq artisti, söhmət zamanı sürprizlə üzləşib. Belə ki, gözləmədiyi anda aktrisanın nəvəsi Aydın içəri daxil olub. Gələcəkdə nənəsinin yolunu davam etdirmək istəyən gənc, ən yaxın dostunun da məhz Amaliya Pənahova olduğunu bildirib: “İstəyirəm aktyor olum, Amalya xanımın davamçısı. Ən çox sevdiyim filmləri “Babək”, “Qərib cinlər diyarında”dır. Ən çox sevdiyim “Babək” filmidi. Dünyada ən gözəl nənə Amalya nənədir. Məni danlamır. Ailədə ən yaxın dostum Amalya xanımdır. “Planet Parni iz Baku” KVN-teatrında çıxış edirəm, oranın aktyoruyam”. ![]() Xalq artistindən ağız dolusu danışan nəvəsi, onun daima gözəl qalmasını istədiyini deyib: “1-ci növbədə can sağlığı, necə gözəldisə həmişə elə qalsın, hər zaman mənim yanımda olsun, hər zaman da “krasavitsa” qalsın". Sonda aktrisa nəvəsi haqqında danışaraq ona uğurlar arzu edib: “Ona heç kəs mane olmur. İndi şərait var, o vaxt yox idi. O, bilir ki, vəsait olmayan yerdə heçnə edə bilməyəcəksən. Bunun üçün də bilik gərəkdir. Dilləri bilmək, bir sənətin sahibi olmaq. İndi “Amal film prodakşn” var məndə. Ona qalsa deyərdim ki, ora gəl. Amma mən istəyirəm ki, çətinlikləri görə-görə bu işə özü gəlsin. O həmişə var, o hazırdı. Oğlumun 4-5 yaşı var idi, qovluğu qoltuğuna vurub deyirdi ki, “ya diplomat, ya diplomat”. Gəldi diplomat oldu. Bunun da ağlı, biliyi, savadı var, 3 dildə danışır. Amma yaxşı olar ki, əlində sənəti olsun”. |
XƏBƏR LENTİ
07.12.19 23:09 | Ziya Bünyadovun oğlu vəfat edib
07.12.19 20:09 | Veterana pensiya əvəzinə konditer məmulatı verdilər
07.12.19 19:57 | Bir rəqəmi yanlış qeyd edən varis 253000 dollar mirasını itirdi
07.12.19 19:51 | Magistraturada ödənişsiz təhsil alacaq tələbələrlə bağlı yeni qərar
07.12.19 19:11 | Baş nazir onların məzuniyyətinin hesablanma qaydasını təsdiqlədi
07.12.19 18:43 | Ermənistanın təhsil nazirinin müavini həbs edildi
07.12.19 17:56 | Rusiya Ukrayna ilə qaz sazişi bağlamaq üçün şərtlərini açıqlayıb
07.12.19 17:47 | Dünyanın ən bahalı Yeni il yolkası quraşdırıldı
07.12.19 17:30 | Şahin Mustafayevə yeni vəzifə verildi
07.12.19 17:14 | Rafael Dadaşovun xəstəxanadan videosu
07.12.19 16:57 | Merkelin yenə halı pisləşdi - Fotolar+Video
07.12.19 16:00 | Daha iki partiya seçkilərə qatılır
07.12.19 15:18 | Sabah qar yağacaq
07.12.19 15:05 | Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək
07.12.19 15:00 | Milli Məclis üçün təşviqatın aparılacağı müddət müəyyənləşdi!
07.12.19 12:36 | Könül Xasıyeva evini satır - Fotolar
07.12.19 11:29 | Yevda Abramovun dəfn mərasimi niyə gecikir?
07.12.19 09:29 | Vəzifədən azad edilən məmur məsul katib oldu
07.12.19 04:29 | “Alimlər gəlib bu yazıların tərcüməsini təqdim etsinlər”
06.12.19 21:28 | Aydın Hüseynov: Bu ağacəkmə aksiyası nəticəsində ölkəmiz yaşıllıqlar diyarına çevriləcək
06.12.19 21:24 | "Qarabağ" ilin son matçında heç-heçə edib
06.12.19 21:17 | Azərbaycan gündəlik neft hasilatını azaldacaq
|