» » Serbiyanın Belqrad Etnoqrafiya Muzeyində “Əvəzolunmayan dəyərlər” sərgisi

Serbiyanın Belqrad Etnoqrafiya Muzeyində “Əvəzolunmayan dəyərlər” sərgisi

Bölmə: Mədəniyyət
Serbiyanın Belqrad Etnoqrafiya Muzeyində “Əvəzolunmayan dəyərlər” sərgisi
Xalça muzeyindən Xalqinfo.az-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan və Serbiya Respublikaları arasında ictimai-siyasi əlaqələri olduğu kimi mədəniyyət sahəsində də geniş işbirliyi var. Azərbaycan Xalça Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beş illik əməkdaşlıq memorandum imzalanıb. Bu memoranduma əsasən 2016-cı ilin oktyabr ayında Azərbaycan Xalça Muzeyində Belqrad Etnoqrafiya Muzeyinin ecazkar eksponatlarından ibarət Pirot kilimlərindən ibarət sərgi keçirilmişdir.

Həmin əməkdaşlığın davamı olaraq, 1 iyun 2017-ci il tarixində Serbiyanın Belqrad Etnoqrafiya Muzeyində “Əvəzolunmayan dəyərlər” adlı sərginin açılış mərasimi keçirildi. Sərgi bu il Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub. Sərginin kuratoru Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, sərginin dizayneri isə tanınmış avstriyalı memar Kristian Şturmingerdir.

Açılış mərasimində Serbiya Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin, digər dövlət qurumlarının, Serbiya ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Belqrad Etnoqrafiya Muzeyinin direktoru xanım Miryana Menkoviç, Azərbaycan Xalça Muzeyinin direktoru xanım Şirin Məlikova, Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin direktoru xanım Zərifə Əlizadə, Serbiya

Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndəsi Azərbaycan-Serbiya mədəni əməkdaşlığından bəhs edərək, Serbiyanın Pirot kilimlərinin ötən il Bakıda, Azərbaycanın xalça muzeyinin eksponatlarının isə bu il Belqradda nümayiş etdirilməsinin bu əməkdaşlığa töhvə verdiyini, xalqlarımızın yaxınlaşmasına və mədəniyyətlərimizdə olan oxşarlıq və fərqliliklərlə tanış olmasına xidmət etdiyini bildirmişlər.

47 ədəd eksponatdan ibarət “Əvəzolunmayan dəyərlər” sərgisində XIX-XX əsrlərə aid xovsuz və xovlu xalçalar, xalça məmulatları, görkəmli xalçaçı-rəssam, xalça elminin və Azərbaycan Xalça Muzeyinin banisi Lətif Kərimovun müəllif xalçaları, eyni zamanda XIX əsrə aid misgərlik, bədii tikmə və milli geyim nümunələri də təqdim olunur. Üç vitrin üzrə nümayiş olunan xalçaların əhalinin müxtəlif təbəqələrinin həyatındakı gündəlik rolu və mənəvi estetik aspekti tərənnüm edilir.

Tədbir zamanı Azərbaycanın Serbiyadakı Səfirliyinin və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə serb və azərbaycanlı musiqiçilərin ifasında Azərbaycanın xalq mahnısı, Tofiq Quliyevin mahnıları və Bayatı-Şiraz muğamı səsləndirilib.

İyul ayının 1-dək davam edəcək sərginin açılış mərasimi və zəngin mədəniyyətimizin incisi olan qədim xalça nümunələrimiz serb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Tədbir Serbiya KİV-də işıqlandırılıb.

***

2 iyun tarixində Belqrad Etnoqrafiya Muzeyində “Dünyada ilk xalça muzeyinin yarım əsrlik yubileyi” adlı mühazirə keçirildi. Mühazirəçi Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova idi. Mühazirədə Belqrad İncəsənət Universitetinin Dizayn fakültəsinin və Belqrad İncəsənət Akademiyasının tələbələri, rəssamlar və Belqrad muzeylərinin əməkdaşları iştirak etdilər.

Mühazirədə Azərbaycan Xalça Muzeyinin tarixi, onun əsas fəaliyyəti, kolleksiyaları və təhsil proqramları haqqında ətraflı məlumat verildi. Şirin xanım muzeyin kolleksiyalarının təhlilini verdi, xalça sənəti, xalçaları bəzəyən naxışlarla bağlı dinləyicilərin suallarını cavablandırdı. Mühazirədə Azərbaycan Xalça Muzeyinə yeni hədiyyə olunan, işğal olunmuş ərazilərdən qaytarılan Qarabağ xalçası haqqında məlumat təqdim olundu.

Mühazirə zamanı bu ilin oktyabr ayında keçiriləcək Azərbaycan Xalçası üzrə V Beynəlxalq Simpozium və onun çərçivəsində təşkil olunacaq xalça turu haqqında ətraflı məlumat verildi.

Qeyd edək ki, mühazirə ingilis dilində keçirilmişdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler