» » Tanınmışlar uşaqları belə sevindirdi -

Tanınmışlar uşaqları belə sevindirdi - Fotolar

Bölmə: Mədəniyyət
Tanınmışlar uşaqları belə sevindirdi -
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar bayram konserti keçirilib.

"Xalqinfo" xəbər verir ki, tədbirdə Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik edib, xoş arzularını bildirib. Uşaqlara bayram günündə dəstək üçün tədbirə idmançılarımız, dünya çempionları kikboksçular Kobra Pərviz (Abdullayev), Eduard Məmmədov, karateçi Ayxan Mamayev, taekvondoçu Fəridə Əzizova qatiliblar.

Tanınmış müğənnilər Niyam Salami və Rahidə Baxış öz ifaları ilə tədbirə xüsusi rəng qatıblar. İdarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin rəqs kollektivləri, şən klounlar müxtəlif oyun və viktorinalar təşkil edərək uşaqlara əsl bayram abu-havası yaşadıblar.

Sonda Nizami Rayon Mədəniyyət Mərkəzi tərəfindən "Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyinin rəhbərliyinə, həmçinin müğənnilərdən Rahidə Baxış və Niyam Salamiyə təşəkkürnamə təqdim edilib.

Tanınmışlar uşaqları belə sevindirdi -
Tanınmışlar uşaqları belə sevindirdi -
Tanınmışlar uşaqları belə sevindirdi -
Tanınmışlar uşaqları belə sevindirdi -
Tanınmışlar uşaqları belə sevindirdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler