» » Xalq artisti Nəriman Əzimovun xatirəsi anılacaq

Xalq artisti Nəriman Əzimovun xatirəsi anılacaq

Bölmə: Mədəniyyət
Xalq artisti Nəriman Əzimovun xatirəsi anılacaq
İyunun 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti, tanınmış dirijor Nəriman Əzimovun xatirəsinə həsr edilmiş tədbir keçiriləcək.

Xalqinfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbir “Mədəniyyət” kanalı və filarmoniyanın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Gecədə N.Əzimovun həyat və yaradıcılığına həsr olunmuş sərgi açılacaq, dirijorluq sənətinin inkişafındakı xidmətləri xatırlanacaq.

Tədbir sənətkarın xatirəsinə həsr edilmiş yubiley konserti ilə davam edəcək.

Qeyd edək ki, 1936-cı ildə Gəncədə anadan olan dirijorun ömrünün 60 ili Azərbaycan Televiziyası və Radiosu ilə bağlı olub. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində tarzən kimi fəaliyyətə başlayan N.Əzimov uzun illər orkestrin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

Ürək çatışmazlığından əziyyət çəkən Nəriman Əzimov 19 noyabr 2016-cı ildə vəfat edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler