» » Horadizdə Bayraq Muzeyi tikilir

Horadizdə Bayraq Muzeyi tikilir

Bölmə: Mədəniyyət
Horadizdə Bayraq Muzeyi tikilir
Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhərində Dövlət Bayrağı meydanının ərazisində Bayraq Muzeyi inşa edilir.

Xalqinfo.az xəbər verir ki, daxil olan məlumata görə, ümumi sahəsi 300 kvadratmetrə yaxın olan Bayraq Muzeyinin binası bir mərtəbəli, səkkizgüşəli ulduz formasındadır.

Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları, gerblər, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzlərinin qorunub saxlanılması nəzərdə tutulur.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler