» » Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirildi

Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirildi

Bölmə: Mədəniyyət
Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirildi
Mayın 26-da Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirilib.

Xalqinfo” xəbər verir ki, İncəsənət Məktəbinin 80 illik yubileyinə və 28 May Respublika gününə həsr olunmuş konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə baş tutub. Gecədə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli, Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və başqaları iştirak ediblər.

Proqramda dünya şöhrətli bəstəkarlardan İ. S. Bax, Y. Haydn, E. Qriq, S. Prokofyev, D. Şostakoviç, S. Raxmaninov, V. Şyolokov, İ. Albenis, F. Vaksman və Niyazinin əsərləri səsləndirilib.

Konsertdə məktəbin istedadlı şagirdlərindən Quliyeva Jalə, Əliyeva Nərgiz, İbrahimova Nailə, Şahgəldiyev Əlipaşa, Əliyeva Münəvvər, İbrahimova Lalə, Yusifzadə Cavid və başqalarının ifaları dinlənilib. Qeyd edək ki, Yusifzadə Cavid gənc istedad kimi bu il Fransa Konservatoriyasında təhsil almaq hüququ qazanıb.

İfaçıları Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor, Əməkdar artist Fuad İbrahimov müşayiət edib.

Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirildi
Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirildi
Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirildi
Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirildi
Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirildi
Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirildi
Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler