» » Lalə Məmmədova konsert verib -

Lalə Məmmədova konsert verib - Fotolar

Bölmə: Mədəniyyət
Lalə Məmmədova konsert verib -
Mayın 25-də Azərbaycan Dövlət Filarmoniyasında əməkdar artist Lalə Məmmədova solo konsert proqramı ilə çıxış edib. Konsert “Mədəniyyət” kanalının və Azərbaycan radiosunun birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

"Xalqinfo" xəbər verir ki, Lalə Məmmədovanın ifasında Azərbaycanın görkəmli bəstəkarları Fikrət Əmirov, Niyazi, Rauf Hacıyev, Səid Rüstəmov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Arif Məlikov və digərlərinin mahnıları səslənib.

Müğənnini konsert boyu əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Dövlət Simfonik Orkestri müşayiət edib.

Konsertdə ictimai simalar, eyni zamanda tanınmış incəsənət və mədəniyyət xadimləri qonaq qismində iştirak ediblər.

Lalə Məmmədova konsert verib -
Lalə Məmmədova konsert verib -
Lalə Məmmədova konsert verib -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler