» » “CinemaPlus Azerbaijan” kinoteatrı 24 saat ‎işləyəcək –

“CinemaPlus Azerbaijan” kinoteatrı 24 saat ‎işləyəcək – Fotolar

Bölmə: Mədəniyyət
“CinemaPlus Azerbaijan” kinoteatrı 24 saat ‎işləyəcək –
Premium kinoteatr “CinemaPlus Azerbaijan” çoxlu sayda kino həvəskarları üçün sürpriz hazırlayıb. İndi Bakıda gecəni təkcə restoran və klublarda əylənmək deyil, həmçinin kinoya da baxmaqla da maraqlı keçirmək olar. İyunun 1-dən etibarən “CinemaPlus Azerbaijan” kinoteatrı ilk dəfə fasiləsiz film nümayiş etdirəcək.

Xalqinfo.az xəbər verir ki, kinoteatr Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşir, giriş isə həmişəki kimi Əbdülkərim Əlizadə küçəsindəndir.

Bu əfsanəni “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi geri qaytarıb.

Kinoteatr dünya standartlarına cavab verən 2 mərtəbədən ibarətdir. 3 zal və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolar ilə təchiz olunub.

Xüsusi zövq ilə layihələndirilmiş “VIP” zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləyə və “VIP-bar” xidmətlərindən istifadə edə bilərlər.

Bundan əlavə, kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm “VİP” zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həm də fiziki məhdudiyyətli insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər. Həmçinin əlil arabalı tamaşaçılar üçün zallarda xüsusi yerlər quraşdırılıb.

Popkornsuz və soyuq içkilərsiz film izləmək təsəvvüredilməzdir. Kinoteatrda 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

“CinemaPlus Azerbaijan” kinoteatrı 24 saat ‎işləyəcək –
“CinemaPlus Azerbaijan” kinoteatrı 24 saat ‎işləyəcək –
“CinemaPlus Azerbaijan” kinoteatrı 24 saat ‎işləyəcək –
“CinemaPlus Azerbaijan” kinoteatrı 24 saat ‎işləyəcək –
“CinemaPlus Azerbaijan” kinoteatrı 24 saat ‎işləyəcək –

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler