» » Əbülfəs Qarayev 5 rayonun sakinlərini qəbul edəcək

Əbülfəs Qarayev 5 rayonun sakinlərini qəbul edəcək

Bölmə: Mədəniyyət
Əbülfəs Qarayev 5 rayonun sakinlərini qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin may ayının 30-da saat 11ºº-da Xaçmaz Tarix-Diyarşünaslıq muzeyi (Heydər Əliyev prospekti, 1) Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Şəhər (rayon)/ Əlaqələndirici şəxs/ Əlaqə telefonu

1. Xaçmaz rayonu - Fuad Orucov - (050) 315-58-81

2. Quba rayonu - Fuad Orucov - (050) 222-84-14

3. Qusar rayonu - David İbramxəlilov - (050) 631-52-36

4. Şabran rayonu - Əhməd Səmədov - (050) 206-96-30

5. Siyəzən rayonu - Zəminə Qədirli - (070) 756-45-80

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler