» » Bakıda beş ölkənin mədəniyyət günləri keçirilib

Bakıda beş ölkənin mədəniyyət günləri keçirilib

Bölmə: Mədəniyyət
Bakıda beş ölkənin mədəniyyət günləri keçirilib
Milli Turizm Təbliğat Bürosunun IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirdiyi silsilə tədbirlər məşhur türkiyəli ifaçı Burak Kutun solo konserti ilə başa çatıb.


Mayın 13-dən 21-ə qədər Büro İslam Həmrəyli Oyunlarında iştirak edən dövlətlərin mədəniyyət günlərini, Heydər Əliyev Beynəlxalq hava limanında yarışa gələn heyətlərin qarşılanma mərasimini, Atletlər Kəndində konsert proqramlarını təşkil etmişdi.


Mayın 13-də Sabir bağında İran mədəniyyət günləri keçirildi. Tədbir mayın 14-də Nizami küçəsində davam etdirildi.


Mayın 14-də Sabir bağında İndoneziya və Malayziyanın mədəniyyət günü təşkil olundu. Mayın 19-da Misirin, 20-21-də isə Türkiyənin mədəniyyət günləri keçirildi.


Bütün tədbirlər adı çəkilən ölkələrin diplomatik nümayəndəlikləri ilə birlikdə təşkil olunmuşdu.


Büro tərəfindən idmançıların qaldığı Atletlər Kəndinin açılışı (May 11), oyunların ulduz səfirləri ilə görüş (15 May) əsnasında, eyni zamanda idmançılar üçün 17 May və 19 May tarixlərində maraqlı musiqili proqramlar təşkil edilib.


Nümayəndə heyətlərinin rəhbərləri üçün 19 May tarixində xüsusi ziyafətdə də Büro tərəfindən təşkil edilmişdi.


Əlavə edək ki, 13-14 May tarixlərində Beynəlxalq Hava Limanında oyunlara qatılan idmançı komandaların təmtəraqlı qarşılanıb-yola salınması Milli Turizm Təbliğat Bürosunun İslam Həmrəyliyi Oyunları zamanı həyata keçirdiyi tədbirlərə aid edilməlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler