» » Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçiriləcək

Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçiriləcək

Bölmə: Mədəniyyət
Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçiriləcək

İyunun 3-də Heydər Əliyev Sarayında unudulmaz və sevilən mahnıların müəllifi, görkəmli bəstəkar, xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə xalq artistləri Yalçın Rzazadə, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Ənvər Sadıqov, İlham Namiq Kamal, Əməkdar artistlər Anar Şuşalı, Zakir Əliyev, Teymur Əmrah, Lalə Məmmədova, Almaz Ələsgərova, İnarə Babayeva, müğənnilər Nadir Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Rəşad İlyasov, Səbinə Ərəbli, Taleh Yəhyayev, Emiliya Yaqubova, Zabitə Alıyeva, Nigar Şabanova, Nurlan Əzizbəyli, Ayşən Mehdiyeva, “Sevil” qrupu və başqaları iştirak edəcəklər.

Gecədə bəstəkarın “Bakı sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Payız gəldi”, “Bu gecə”, “Şükriyyə”, “Alagözlüm”, “Çiçək yağışı”, “Ayrılma məndən”, “Qəlbimdə qaldın”, “Əlvida”, “Dərələr” və s. sevilən mahnıları səsləndiriləcək.

Saat 19:00 –da baş tutacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir.

Qeyd edək ki, “APA Holdinq” konsertin informasiya dəstəkçisidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler