» » Xalq artistinin Parisdəki konserti -

Xalq artistinin Parisdəki konserti - Fotolar

Bölmə: Mədəniyyət
Xalq artistinin Parisdəki konserti -
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü təntənəli şəkildə qeyd olunub.

"Xalqinfo" xəbər verir ki, tədbirdə çıxış edən ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov bildirib ki, müasir Azərbaycan dövlətinin memarı, görkəmli siyasi xadim Heydər Əliyev yaddaşımızda unudulmaz xatirələr qoyub. Sonra tədbir geniş konsert proqramı ilə davam edib. Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenli tarzən, Ramiz Quliyev tarda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini, klassik muğamlardan nümunələri, xalq mahnılarından ibarət kompozisiyaları istedadlı bəstəkar və pianoçu Etibar Əsədli ilə bərabər böyük uğurla ifa edib.

Konsertdə Fransanın görkəmli mədəniyyət xadimləri – dünya şöhrətli kino aktyor Robert Hosein, məşhur kinorejissor, Lev Tolstoyun və Stanislavskinin nəticəsi Maksim Mardukayev, tanınmış bəstəkar Pyer Tilua, ölkənin digər tanınmış ictimai və siyasi xadimləri iştirak etmişlər. Azərbaycan musiqisinin inciləri tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Xalq artistinin Parisdəki konserti -
Xalq artistinin Parisdəki konserti -
Xalq artistinin Parisdəki konserti -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler