» » Rafael Dadaşovun səhhətindən xəbər var

Rafael Dadaşovun səhhətindən xəbər var

Bölmə: Mədəniyyət
Rafael Dadaşovun səhhətindən xəbər var
Bir neçə gün öncə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafael Dadaşovun səhhəti barədə yeni xəbər var.

Xalqinfo” xəbər verir ki, Lent.az-a açıqlama verən xalq artistinin qızı, müğənni Səidə Dadaşova bildirib ki, atası sabah Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji xəstəxanasına yerləşdiriləcək: “İndi vəziyyəti normaldır. Bakı Sağlamlıq Mərkəzindədir. Amma həkimlərin ilkin müayinəsindən sonra məlum olub ki, bütün problemlər atamın böyrəyindədir. Ona görə sabah Urologiya xəstəxanasına yerləşdiriləcək. Rafael müəllim bu günə qədər 2 dəfə ürək əməliyyatı keçirib, indi də ağrıları var. Amma həkimlər yaxşı olacağını deyirlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler