» » Heç yerdə çap olunmayan qəzəl

Heç yerdə çap olunmayan qəzəl

Bölmə: Mədəniyyət
Heç yerdə çap olunmayan qəzəl
Bu iki qəzəli Xalq şairi Qabil 1944-cü ildə – 18 yaşında yazıb. Və bugünə qədər heç bir yerdə çap olunmayıb.

QƏZƏLLƏR


Rəhm eylə mənə sevgili-cananım amandır

Ərşü-fələyə qalxmada əfqanım amandır.

Fəvvarə kimi axmağa göz yaşlarım ah! Ah!

İnsaf elə, imdad elə sultanım amandır.

Qabil, sənə əlbəttə yaraşmaz, bilirəm mən,

Əqlin var isə söyləmə “Xəndanım” amandır.



***


Gəl, gülüm, gəl, sevgilim, sən novbaharımsan mənim,

Aləmi-dünyada sən sevdalı yarımsan mənim.

Mən sənin eşqinlə, ey gül, şad olan bülbül.

Müşk-ənbərtək ətirli laləzarımsan mənim.

Heç kəsin səntək gözəl bir yarı yoxdur dünyada,

Ən böyük fəxrim, şanım, tacidarımsan mənim.

Sən də Nikbin, mən də Nikbin dəhrdə azadəyim,

Sən səadət ulduzum, həm bəxtiyarımsan mənim.



QABİL NİKBİN

1944-cü il

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler