» » Ulduzlar pillə-pillə düzülsəydi səmaya…

Ulduzlar pillə-pillə düzülsəydi səmaya…

Bölmə: Mədəniyyət
Ulduzlar pillə-pillə  düzülsəydi səmaya…
LEYLA ƏLİYEVA

Babam Heydərə

Ulduzlar pillə-pillə
düzülsəydi səmaya,
Ay da nurun səpsəydi
kəhkəşanlı yollara.
Birər-birər qalxardım,
baş vurardım göylərə,
Səni oradan alıb,
qaytarardım geriyə…

Külək qadir olsaydı,
hissləri çatdırmağa,
Açaraq ürəyimi,
Verərdim tufanlara.
Coşardım, bağırardım
göyə, külli-aləmə.
Sən də duyardın yəqin, –
darıxmışam mən necə…

Səsin hələ canlıdır,
ürəkdədir o vaxtdan;
Ötən günləri, əlbət,
sən də xatırlayırsan…
Çaylar çatdırsa mənə
dediyin o sözlərdən.
Bil ki, çox qiymətlidir
min diləkdən, istəkdən…

Mən bilmirəm hardasan, –
Harda arayım səni?!.
Buludlara möhtacam,
anlatsınlar yerini…
Əlim əlinə dəysin,
sığallayım, oxşayım.
Tək bu ana həsrətəm, –
Vüsalına yetişim…

Yağış niyə ağlayır? –
göz yaşı da bir ümman…
Bu suala cavabı
ala bilsəm yağmurdan
Ay da gələrdi dilə,
söyləyərdi gizlicə –
Ruhun şaddır, yoxsa ki,
gəzir göydə eləcə?

Yenə öncəki təki
qayğın mənə aşikar;
Uzaqda olsan belə,
ruhun olur mənə yar…
Danışa bilsəydilər
uca dağlar, zirvələr,
Səni çox sevdiyimi
həmən yetirərdilər.

Aramızda ağaclar
dönüb körpü olsaydı,
Ayaqyalın, başaçıq
gələrdim həmən qaçıb;
Mən heç də hər hissimi
sözə çevirəmmirəm.
Gülərdim, təbəssümüm
söyləyərdi:
– Sevirəm..!

Bir gün bir qalib gündüz,
gecəni əsir alsa,
Günəş şəfəqləriylə,
zülmətə işıq salsa…
Səni bağrıma basıb,
bərk-bərk qucaqlayaram;
Nə olsa da, gözümdən
uzağa buraxmaram…

Tək səndin mənə doğma
bu fani dünyamızda;
Xatirən əbədidir
ürəyimdə, ruhumda…
Yenə də ümidliyəm
bitməyəcək görüşə…
Mən buna inanıram
ümman boyda sevgimlə…

Tərcümə: Mahir Qabiloğlu


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler