» » Polşada Abbasqulu Ağa Bakıxanovun xatirə lövhəsi quraşdırılacaq

Polşada Abbasqulu Ağa Bakıxanovun xatirə lövhəsi quraşdırılacaq

Bölmə: Mədəniyyət
Polşada Abbasqulu Ağa Bakıxanovun xatirə lövhəsi quraşdırılacaq
Polşanın Lubelski rayonundakı N.Kopernik adına məktəbdə Abbasqulu Ağa Bakıxanov və N.Kopernikə həsr edilən xatirə lövhəsi quraşdırılacaq.

Xalqinfo.az Report-a istinadla verdiyi məlumata görə, lövhənin quraşdırılması ilə bağlı danışıqların aparılması məqsədilə Azərbaycanın bu ölkədəki səfiri Həsən Həsənov sözügedən rayona səfər edib.

Səfir səfər çərçivəsində Lubelski rayonun rəhbəri Pavel Pikula, rayon idarə heyətinin üzvü Dariuş Qayo, təhsil və ictimai məsələlər üzrə direktor Beata Yanişevska-Brudiş və N.Kopernik adına məktəbin direktoru Eljbieta Kaşlikovska ilə görüşüb.

Görüşlərin nəticəsi olaraq xatirə lövhəsinin açılışı iyunun 6-na təyin edilib.

Qeyd edək ki, həmin gün N. Kopernik adına məktəbdə hər il ənənəvi olaraq “Elm” günü kimi qeyd edilir. Bu il keçiriləcək tədbir azərbaycanlı alim, mütəfəkkir A.A.Bakıxanova həsr ediləcək.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler