» » Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı konsert

Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı konsert

Bölmə: Mədəniyyət
Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı konsert
Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə may ayının 2-də Kamera və orqan musiqisi zalında H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin mərhum prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konserti keçirilib.

Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Ulu öndərimizin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə, müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zamanın yeni çağırışlarının müvəffəqiyyətlə həll edilməsində tapdı:

"İyirmi beş ildən artıqdır ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatın yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır".

Daha sonra musiqi məktəbinin istedadlı şagirdləri Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və dirijor Xalq artisti Teymur Göyçayevin müşayəti ilə musiqi əsərlərini səsləndiriblər.

Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı konsert
Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı konsert

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler