» » Günay İbrahimlinin Aygün Kazımovanın sözlərinə reaksiyası - Video

Günay İbrahimlinin Aygün Kazımovanın sözlərinə reaksiyası - Video

Bölmə: Mədəniyyət, MANŞET
Günay İbrahimlinin Aygün Kazımovanın sözlərinə  reaksiyası - Video

Müğənni Günay İbrahimli xalq artisti Aygün Kazımovanın onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.

Sənətçi “Onlar” verilişinə açıqlamasında A.Kazımovanın “Günay burnunu əməliyyat etdirsə, yaxşı olar” sözlərinə belə reaksiya bildirib:

“Burnumda ət yoxdur, yoxlanmışam. Hətta plastik formada da müayinədən keçmişəm. Həkim dedi ki, burnunu əməliyyat etmək olmaz. Orada qlobal bir problem yoxdur. Rahat nəfəs ala, danışa bilirəm. Burnumu əməliyyat etdirmək fikrində deyiləm. Bu açıqlama Aygün xanımla aramızda heç bir inciklik yaratmır. Aygün Kazımova bir brenddir. Dövrün müğənnisi ayrı, brend başqa. İzlədiyim klipləri, bir çox yenilikləri ilə sənətdə çox şeyə imza atıb. Aramızı vurmağa çalışsalar, zəng edib danışarıq. Sözüm varsa, kiminsə vasitəsilə çatdırmıram, özüm deyib, aydınlıq gətirirəm. Aygün xanım konsertimə gələ bilməmişdi, Bakıda deyildi. Amma telefonla əlqə saxlamışdı. Onun zəngi mənim üçün çox önəmli idi. Dedi ki, heç kimə fikir vermə, telefonunu söndür. O sözlər gəlməyindən də önəmli idi. Onun bu dəstəyini unutmaram”.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler