» » Füzulidə Zərifə Əliyevanın 94-cü ildönümü qeyd olundu

Füzulidə Zərifə Əliyevanın 94-cü ildönümü qeyd olundu

Bölmə: Mədəniyyət
Füzulidə Zərifə Əliyevanın 94-cü ildönümü qeyd olundu
Horadiz şəhərində Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib.

"Xalqinfo" xəbər verir ki, tədbirdə rayon icra Hakimiyyəti başçısı Aparatının işçiləri, rayonun səhiyyə işçiləri, ictimai fəallar, ziyalılar iştirak etmişdir.

Icra başçısı Alı Alıyev çıxışında Zərifə Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər barədə məlumat verib.Qeyd edib ki, Zərifə Əliyevanın ömür yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Mərkəzi rayon Xəstəxanasının Baş həkimi Natiq Şükürov və digərləri çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən söhbət açıb, böyük alimin əvəzsiz xidmətlərini yüksək dəyərləndiriblər.

Sonda Zərifə xanım Əliyevaya həsr olunmuş video çarx nümayiş olunmuş, konsert proqramı təşkil edilib.


www.xalqinfo.az

Füzulidə Zərifə Əliyevanın 94-cü ildönümü qeyd olundu
Füzulidə Zərifə Əliyevanın 94-cü ildönümü qeyd olundu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler