» » Nərgiz Paşayevaya medalı təqdim olundu

Nərgiz Paşayevaya medalı təqdim olundu

Bölmə: Mədəniyyət
Nərgiz Paşayevaya medalı təqdim olundu
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” sahiblərinə təqdim olunub.

"Xalqinfo" xəbər verir ki, Rəyasət Heyətinin qərarına əsasən, müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb.

Mükafata görə minnətdarlığını bildirən professor Nərgiz Paşayeva Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyətindən, qazanılan uğurlardan danışıb.


www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler