» » Xalq artistinin xoşagəlməz hərəkəti təəssüf doğurur

Xalq artistinin xoşagəlməz hərəkəti təəssüf doğurur

Bölmə: Mədəniyyət
Xalq artistinin xoşagəlməz hərəkəti təəssüf doğurur

Bu gün səhnədə boşqab sındıran sabah insanları sındıracaq

Şou-biznes nümayəndələrinin həm yazılı, həm də elektron KİV-də qalmaqal yaratmaları, Azərbaycan cəmiyyətini təəccübləndirən və təəssüfləndirən hərəkətlər etmələri artıq adət halını alıb. Cəmiyyət belə olan təqdirdə bir tərəfdən bu cür xoşagəlməz hallarda "onu niyə efirə buraxırsınız ki, çıxıb istədiyini edir" -deyib telekanalları, jurnalistləri, digər tərəfdən isə elə şou-biznes nümayəndələrinin özünü qınayır. Axı hər kəs çox yaxşı bilir ki, müğənnilərin heç də hamısı efirdə cəmiyyət tərəfindən normal qarşılanmayan davranışlara yol vermirlər.

Lakin təəssüf ki, bu cür sənət nümayəndələrinin adları iki əlin barmaqlarının sayı qədərdir. Efirdə qalmaqal yaradanların da sayı kifayət qədərdir. Keçək əsas mətləbə: - Xalq artisti Aygün Kazımova dünən "Xəzər" telekanalında Sevinc və Sevil bacılarının aparıcısı olduqları "Hər şey daxil" verilişinin qonağı olub. Qızı İlqarə Kazımovadan danışan müğənni onun yaxın günlərdə imicini dəyişəcəyini bildirib. Deyib ki, İlqarə onun pəhrizi vasitəsilə arıqlayıb. Nəhayət, onu istədiyi kimi görməyə başlayır. Hələ qarşıda yaradıcı planları var. Onu gözləyənləri təəccübləndirəcək: "Əvvəlcədən danışmıram. Qızım məndən fərqli olaraq, hər şeyi qabaqcadan deməyi sevmir. Yeni imiclə, təzə mahnılarla gələcək".

Aygün Kazımova yaxın günlərdə toy olacağını da bildirib: "Bu gün ən yaxın rəfiqəmin yeganə oğlu Fəqanın toyudur. Onu təbrik edirəm. Özümə də toy arzulayıram. Bu yaxınlarda, bilmək olmaz, bəlkə mənim də toyum oldu".

Yeni yaradıcılıq işlərindən danışan Xalq artisti bildirib ki, Türkiyənin tanınmış bəstəkarı Altan Çətindən mahnı alıb, "Arama beni" adlanır. Qızı İlqarənin yaradıcılıq işlərindən bəhs edən sənətçi ilk öncə elə övladı barəsində səsləndirdiyi fikirləri ilə diqqətimizi cəlb etdi: "Məstanım böyüyüb, nəhayət, mən istədiyim formaya düşüb. Mənim dietam ilə arıqlayıb. Yaradıcılıq işlərinə sürətlə davam edir. İki aya yeni imicdə, yeni işlərini təqdim edəcək" - dedi.

Qeyd edək ki, veriliş boyu bacarıqsız aparıcılar - Sevil və Sevinc bacıları hər zaman yeniliklərini "İnstagram" sosial şəbəkəsi ilə paylaşan xalq artistinin şəxsi hesabına yazılan mesajları oxumaqla vaxt keçirdilər. Qeyd edək ki, Xalq artisti Aygün Kazımova "İnstagram" sosial şəbəkəsinin ən fəal istifadəçilərindəndir. Aygün Kazımovanı "follow" edənlər onu məhz bu sosial şəbəkə vasitəsilə izləyir. Bəziləri müğənninin əhval-ruhiyyəsi, onun haqqında ən yeni xəbərlər və həyatında baş verənlər barədə məhz instaqram vasitəsilə xəbərdar olurlar. Elə son günlər mətbuatda söz-söhbətə səbəb olan və bir çoxlarını qızışdıran qalmaqallar da buradan meydana gəlir. Aparıcılar "İnstagram"da paylaşılan fotolardan, mesajlardan ağızdolusu danışıb hərdən sözü Aygün Kazımovaya verirdilər. Müğənninin adamda təəssüf və təəccüb hissi doğuran hərəkəti verilişin ortasında baş verdi. Belə ki, Xalq artisti fəxri adını daşıyan müğənni sənhədəki boşqabları yerə çırparaq sındırmağa başladı. Əvvəlcə birinci, daha sonra ikinci, üçüncü boşqablar Xalq artisti tərəfindən yerə çırpılaraq çilik-çilik oldu. Çox hörmətli Aygün xanım, səhnədə milyonların gözü qarşısında boşqabları yerə çırpmağı heç cür normal hərəkət kimi qiymətləndirmək mümkün deyil. Siz bilirsinizmi ki, həmin bahalı boşqablara, eləcə də bu boşqablarda yemək yeməyə möhtac olan insanlar var? Bütün bunlar bir yana, verilişi seyr edən uşaqlar, yeniyetmələr, gənclər sizin bu hərəkətlərinizdən nə göroüb nə götürsünlər. Axı televiziya həm də ictimai mədəniyyət vasitəsidir. Uşaqlar, yeniyetmə və gənclər elektron KİV-lə yalnız əylənmir, habelə maariflənir, məlumatlanır və beləcə tərbiyə olunurlar. Efirdə sizin boşqabları heç nədən (lap elə tutaq ki, hər hansı səbəb üzündən-red) yerə çırpdığınızı görənlər bunu necə qəbul eləsinlər? Təəccüblüdür ki, Xalq artisti bu hərəkətləri edəndə onun bütün davranışlarını süni təbəssümlə qarşılayan aparıcılar dayanıb baxırdı? Yaxşı, Aygün Kazımovanı və bacarıqsız aparıcıları başa düşdük, bəs görəsən, "Xəzər" telekanalının rəhbərliyi hara baxır? Olmaya boşqablar ora sındırılmaq üçün qoyulmuşdu? Bu gün efirdə boşqab sındıran sabah...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler