» » Nazirliyin əməkdaşları Belarusa gedib

Nazirliyin əməkdaşları Belarusa gedib

Bölmə: Mədəniyyət
Nazirliyin əməkdaşları Belarusa gedib
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti aprelin 23-də Belarus Respublikasına səfər edib.

"Xalqinfo" xəbər verir ki, nümayəndə heyətində nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Qulamov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev və bir sıra regional mədəniyyət və turizm idarələrinin rəisləri təmsil olunur.

Səfərin məqsədi Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına əsasən yaradılmış regional mədəniyyət və turizm idarələrinin tabeliyində olan mədəniyyət müəssisələrinin şəbəkəsində aparılacaq islahatlar, mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, mədəniyyətin idarə olunmasında ən müvəffəqiyyətli üsulların tətbiq edilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsidir.

Səfər zamanı nümayəndə heyəti Belarusun icra hakimiyyəti orqanlarında və regionlarda yerləşən muzey, kitabxana, klub, rəsm qalereyası, musiqi, incəsənət məktəblərinin fəaliyyəti ilə tanış olub, onların rəhbərləri ilə işçi görüşlər keçiriblər. Aprelin 30-dək davam edəcək səfər regional mədəniyyət və turizm idarələri rəhbərlərinin beynəlxalq təcrübədən faydalanmasına, bu sahədə biliklərinin artırılmasına xidmət edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler