» » Mir Cəlal Paşayevin anadan olmasının ildönümü ilə bağlı tədbir keçirilib

Mir Cəlal Paşayevin anadan olmasının ildönümü ilə bağlı tədbir keçirilib

Bölmə: Mədəniyyət
Mir Cəlal Paşayevin anadan olmasının ildönümü ilə bağlı tədbir keçirilib
Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüs və təşkilatçılığı ilə elm xadimi Mir Cəlal Paşayevin Gəncədəki ev müzeyində xatirə gecəsi keçirilib.

Xalqinfo” xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri üzrə Dissertasiya Şurasının sədri, professor İbrahim Quliyev, şəhər ziyalıları və KİV nümayəndələri iştirak edib.

E. Vəliyev görkəmli elm xadimi, professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığına nəzər salıb. Bildirib ki, Mir Cəlal Paşayevin bədii və elmi irsinin, zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri var. İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini öz nəsr əsərləri ilə daha da zənginləşdirib.

Azərbaycan Milli Aviasiya Akademiyasının professoru İbrahim Quliyev vurğulayıb ki, Mir Cəlal Paşayev 1908-ci ildə Əndəbil kəndində doğulsa da kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçib. Mir Cəlal Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–28). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib (1926–1927).

Azərbaycan ədəbiyyatının və elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anadan olmasının 109-cu ildönümünə həsr edilən tədbirdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və solistləri musiqi proqramı ilə çıxış ediblər.

Mir Cəlal Paşayevin anadan olmasının ildönümü ilə bağlı tədbir keçirilib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler