» » Şəmkirdən Mingəçevirə...

Şəmkirdən Mingəçevirə...

Bölmə: Mədəniyyət
Şəmkirdən Mingəçevirə...
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Şəmkirdən sonra növbəti ünvanı aprelin 23-də ölkəmizin sürətlə inkişaf edən və gözəlləşən diyarı, energetiklər şəhəri olan Mingəçevir olub.

Xalqinfo” AzərTac-a istinadən xəbər verir ki, Mingəçevir şəhərində su səyahətinə Kür çayından su götürülməklə start verilib. Kür çayında hərəkət edən motorlu qayıqda olan sambo üzrə dünya çempionatının gümüş medalçısı Ayaz Ümidəliyev, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika çempionu Cavanşir Qasımov, üzgüçülük həvəskarı İsfəndiyar Kərimov “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Kür çayının suyu ilə dolduraraq şəhərdəki Heydər Əliyev parkında keçiriləcək “Su festivalı”na yola düşüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Sonra “Kür” Olimpiya Tədris-İdman Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə çıxış edən şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov, layihə rəhbəri Ülviyyə Əkbərova, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Rəsul Çunayev çıxış edərək gələn ay Bakıda keçiriləcək mötəbər yarışların əhəmiyyətindən danışıb, məktəblilərə bu idman tədbirində uğurlar arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müxtəlif idman müsabiqələrində 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə öz qüvvələrini sınayıblar. Musiqili-əyləncəli idman tədbiri iştirakçılara xoş anlar yaşadıb. Yarışda komanda hesabında Mingəçevir şəhər 3 və 10 nömrəli orta məktəblərinin və Texniki Humanitar Liseyin şagirdləri müvafiq olaraq I-III yerləri tutublar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, sertifikatlar, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.

Mingəçevir şəhər 3 saylı orta məktəbinin şagirdi, yarışların iştirakçısı Ağalar Fətəliyev idman tədbiri barədə təəssüratlarını belə ifadə edib: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları münasibətilə Mingəçevirdə məktəblilər arasında təşkil edilən belə bir gözəl idman yarışında iştirak etdiyim üçün çox sevinirəm. Bizim komandanın üzvləri bu yarışda öz bacarığını nümayiş etdirərək qalib gəldiyi üçün mənə də Oyunların bağlanış mərasiminə bilet təqdim edildi”.

Qeyd edək ki, “Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində bu gün axşam saatlarında Mingəçevir şəhərindəki Heydər Əliyev parkında “Su festivalı” keçiriləcək, konsert proqramı və atəşfəşanlıq olacaq.

Şəmkirdən Mingəçevirə...
Şəmkirdən Mingəçevirə...
Şəmkirdən Mingəçevirə...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler