» » Anar Məmmədxanovsuz 6 il...

Anar Məmmədxanovsuz 6 il...

Bölmə: Mədəniyyət
Anar Məmmədxanovsuz 6 il...
Aprelin 23-də məşhur kapitanın, Milli Məclisin birinci, ikinci və üçüncü çağırışının deputatı, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Anar Məmmədxanovun qəflətən ürək tutması nəticəsində dünyasını dəyişməsindən altı il ötür.

Xalqinfo” xəbər verir ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda anadan olub.

Bakının 160 saylı orta məktəbini bitirib, 1987-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. 1988-ci ildə məşhur “Bakılı oğlanlar” komandasını yaradıb, 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti olub.

Anar Məmmədxanov ömrünün 41-ci ilində dünyasını dəyişib. Onun bir oğlu və iki qızı var.

Anar Məmmədxanov Azərbaycan tarixində ən gənc deputat idi. O, üç dəfə 1995-ci ildə 19 saylı I Suraxanı dairəsindən, 2000 və 2005-ci ildə müstəqil namizəd kimi Milli Məclisə deputat seçilib.

1992-ci ildə ŞHK Ali liqanın çempionu, 1993-cü il ŞHK Ali liqanın finalçısı, ŞHK Yay kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandasının turnirinin çempionu (2000).

Anar Məmmədxanovsuz 6 il...
Anar Məmmədxanovsuz 6 il...
Anar Məmmədxanovsuz 6 il...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler