» » Təbrizdə Azərbaycan dilində uşaq tamaşası

Təbrizdə Azərbaycan dilində uşaq tamaşası

Bölmə: Mədəniyyət
Təbrizdə Azərbaycan dilində uşaq tamaşası
Təbrizdə uşaqlar üçün “Vızvızı və Qırmızı” adlı kukla tamaşası səhnəyə qoyulub.

Xalqinfo.az xəbərverirki, Əli Bernunun rejissoru olduğu tamaşa aprelin 21-dən mayın 5-nə qədər göstəriləcək. Kukla tamaşası Təbrizin “22 Bəhmən” Mədəniyyət və İncəsənət Kompleksində səhnələşdirilib.

Təbriz mətbuatına açıqlama verən Bernuna bu tamaşanın artıq Təbrizdə ikinci dəfə nümayiş olunduğunu bildirib:

“Tamaşa musiqilidir və onun əsas dili türk dilidir. “Vızvızı və Qırmızı” “Azərbaycan əfsanələri kitabı”ndan ilhamlanaraq hazırlanıb. Həmin kitabda “Vızvızı” adlı bir dastan var. Tamaşa Vızvızı adlı bir arıdan bəhs edir. İrqi fərqinə görə şanıdan qovulan arı meşədə milçək və mığmığa musiqi qrupu ilə tanış olur və həyəcanlı bir dastan başlayır”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler