» » Polad Bülbüloğlunun Parisdə təqdimatı oldu

Polad Bülbüloğlunun Parisdə təqdimatı oldu

Bölmə: Mədəniyyət
Polad Bülbüloğlunun Parisdə təqdimatı oldu
Parisdə, Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatı olub.

Xalqinfo” Azərtac-a istinadən xəbər verir ki, tədbirdə UNESCO yanında akkreditə olunmuş daimi nümayəndəliklərin, müşahidə missiyalarının rəhbərləri, üzvləri, bir çox mədəniyyət adamları və ictimai xadimlər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin Azərbaycanın namizədi ilə görüşməyə imkan yaratdığını, P.Bülbüloğlunun təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə tanındığını diqqətə çatdırıb.

Polad Bülbüloğlu isə çıxışında bildirib ki, baş direktor seçiləcəyi təqdirdə zəngin təcrübəsini onlarla bölüşəcək. Səfir hazırda dünyada mövcud olan mürəkkəb vəziyyətdən söz açaraq savaşların minimuma endirilməsinin, humanitar sahədə daha da fəallıq nümayiş etdirərək sülhə nail olmağın önəmini qeyd edib.

Sonra Polad Bülbüloğlu pianoda ifa edib, həmçinin Azərbaycanın Əməkdar Artisti, tanınmış pianoçu, UNICEF-in xoşməramlı səfiri, UNESCO-nun “Sülh Artisti” Emil Əfrasiyabın müşayiəti ilə bir neçə mahnı ifa edib.

Polad Bülbüloğlunun Parisdə təqdimatı oldu
Polad Bülbüloğlunun Parisdə təqdimatı oldu
Polad Bülbüloğlunun Parisdə təqdimatı oldu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler