» » Koroğlu festivalı başlayır

Koroğlu festivalı başlayır

Bölmə: Mədəniyyət
Koroğlu festivalı başlayır
Bu gün – sentyabrın 26-da Türkiyənin Bolu şəhərində beynəlxalq Koroğlu festivalı keçiriləcək.

Xalqinfo.az-ın məlumatına görə, festival çərçivəsində türk dünyasının bu məşhur xalq qəhrəmanı ilə bağlı rəngarəng tədbirlər təşkil olunacaq.

Festival çərçivəsində Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Yakutiya, Uyğur milli rəqs qrupları öz ifalarını təqdim edəcəklər. Həmçinin Koroğlu dastanı mövzusunda mühazirələr oxunacaq, söhbətlər aparılacaq.

3 gün davam edəcək festival Bolu və Türk Dünyasının ortaq qəhrəmanı olan Koroğlunun bütün dünyaya tanıdılması məqsədini daşıyır.

Koroğlunun təmsil etdiyi ədalət, igidlik və cəsarət kimi dəyərlər festivalda bir daha xatırlanacaq. Koroğlunu UNESCO–nun Mədəni İrs Siyahısına salınması üçün də birgə işlər aparılır.

Festival çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Bolu Bələdiyyəsinin birgə təşkilatçılğı ilə “Rənglərin ahəngi” adlı sərgi də keçiriləcək.ans press

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler