» » Nazirlikdən hosteldəki reydlə bağlı -

Nazirlikdən hosteldəki reydlə bağlı - Açıqlama

Bölmə: Mədəniyyət
Nazirlikdən hosteldəki reydlə bağlı -
Mədəniyyət və Turizm Nazirliyi Bakıda hostellə bağlı baş verən hadisədən məlumatlıdır”.

Xalqinfo” xəbər verir ki, bu barədə “Report”a nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov Bakıda hostel xidməti göstərən obyektə qarşı keçirilən reydə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı nazirlik müvafiq qurumlarla danışıqlar aparıb.

“Bildiririk ki, ölkədə yalnız yüksək kateqoriyalı mehmanxanaların deyil, ümumilikdə aşağı kateqoriyalı mehmanxanaların və hostellərin də inkişaf etdirilməsi, daha da çoxaldılması, eləcə də onların müasir səviyyədə turistlərə xidmət göstərməsində maraqlıyıq. Bu, bizim üçün vacib istiqamətlərdəndir” - deyə, şöbə müdiri əlavə edib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, hadisə məhkəmə predmetidir: “Aidiyyəti üzrə məhkəmə instansiya orqanlarına müraciət oluna bilər”.

Qeyd edək ki, Bakıda hostel xidməti göstərən obyektə qarşı reyd keçirilməsi sosial şəbəkələrdə qınağa səbəb olub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler