» » Məşhur müğənni “Sarı gəlin”i oxudu-

Məşhur müğənni “Sarı gəlin”i oxudu- Video

Bölmə: Mədəniyyət
Məşhur müğənni “Sarı gəlin”i oxudu-
Azərbaycan əsilli dünya şöhrətli müğənni Sami Yusuf yeni albomu ilə pərəstişkarlarını sevindirib.

Xalqinfo.az-in məlumatına görə, “The Centre” adlı yeni albomda Azərbaycan xalq mahnısı “Sarı gəlin”in ingiliscə versiyası da yer alıb. Müğənni ingilis və Azərbaycan dillərində ifa edilən mahnıya çəkdirdiyi yeni kilipini də təqdim edib. Klip sosial şəbəkədə ötən gün yayılıb.

Qeyd edək ki, Sami Yusuf bu vaxta qədər “Ayrılıq”, “Küçələrə su səpmişəm”, “Sənə də qalmaz” Azərbaycan mahnılarını konsertlərində səsləndirib. “Time” jurnalı tərəfindən “İslamın ən böyük rok ulduzu” və “Dünyanın ən məşhur ingilis müsəlmanı” kimi xarakterizə edilən müğənni, hətta sayca dördüncü albomu olan “Salaam” albomuna “Küçələrə su səpmişəm” mahnısını əlavə edib. Məşhur müğənni 1980-ci ildə İranın paytaxtı Tehranda azərbaycanlı ailəsində dünyaya gəlib. 3 yaşında ikən ailəsi ilə birlikdə İngiltərənin paytaxtı Londona köçüb. ans press


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler