» » Parisdə Azərbaycan Evinin Novruz şənliyi-

Parisdə Azərbaycan Evinin Novruz şənliyi- Fotolar

Bölmə: Mədəniyyət
Parisdə Azərbaycan Evinin Novruz şənliyi-
Fransada fəaliyyət göstərən « Paris Azərbaycan Evi » təşkilatı ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycan dili dərsləri şagirdlərinin təqdimatında Novruz şənliyi təşkil edib.

Xalqinfo.az xəbər verir ki, Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirə Azərbaycanın Fransadaki səfiri Elçin Əmirbəyov, Azərbaycanın YUNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Fransada yaşayan gənc həmvətənlərimiz, valideynlər, həmçinin fransiz ailələri iştirak edib.

Təşkilatın rəhbəri Mirvari Fətəliyeva tədbiri açaraq qonaqları salamlamış, təşkilartın fəaliyytindən söz açıb. O, qeyd edib ki, Paris Azerbaycan Evi ənənvi olaraq, vətəndən uzaqda yaşayan azərbaycanlı uşaqlara milli adət-ənənələrimizi aşılamaq, milli mənsubiyyətlərini və tariximizi unutdurmamaq məqsədi ilə silsilə bayram şənlikləri və digər tədbirlər təşkil edir, bu tədbirlər gənc nəslin vətənə bağlılığını və milli adət ənənlərimizə olan maraqlarını daha da artırır.

Daha sonra təşkilatın sədr müavinləri layihənin bədii rəhbəri Mehri Quliyeva və Jalə Orucova şagirdlərin hazırladığı Novruz şənliyi barədə tamaşaçılara məlumat verib və belə layihələrin Fransada böyüyən gənc nəsilin mədəniyyətimizə olan marağı qururverici bir hal olduğunu qeyd ediblər.

Şənlikdə xalqımızın qədim tarixini, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər təqdim olunub. Milli geyimdə olan uşaqlar Novruz bayramına dair şer və mahnılar söyləyib, «Uzundərə », « Naz eləmə », « Nəlbəki » rəqslərini nümayiş etdiriblər. Novruz ənənələrinə uyğun olaraq yumurta döyüşdürüb, papaq atıb, yallı sədaları altında halay çəkiblər. Şənliyin sonunda uşaqlar gələn qonaqları müxtəlif milli atributlarla, ləziz şirniyyat nümunələri ilə bəzədilmiş bayram süfrəsinə dəvət ediblər.Tədbir hər bir kəsin böyük marağına səbəb olub.

Parisdə Azərbaycan Evinin Novruz şənliyi-
Parisdə Azərbaycan Evinin Novruz şənliyi-
Parisdə Azərbaycan Evinin Novruz şənliyi-
Parisdə Azərbaycan Evinin Novruz şənliyi-
Parisdə Azərbaycan Evinin Novruz şənliyi-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler