» » Almaniyalı dirijorlar Bakı teatrının səhnəsində

Almaniyalı dirijorlar Bakı teatrının səhnəsində

Bölmə: Mədəniyyət
Almaniyalı dirijorlar Bakı teatrının səhnəsində
Aprelin 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən maraqlı operalarından biri - “İl Tabarro” (Plaş) təqdim olunacaq.

Teatrdan verilən məlumata görə, almaniyalı dirijor Qut İmmlinqin idarə edəcəyi səhnə əsərinin bədii rəhbəri onun həmyerlisi Korneliya fon Kerssenbrokdur. Səhnə əsərində rolları Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, solistlər Əliəhməd İbrahimov, Tural Ağasıyev, Nina Makarova və Tələt Hüseynov ifa edəcəklər.

Xatırladaq ki, opera bu teatrda ilk dəfə 2014-cu ildə səhnəyə qoyulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler