» » İçərişəhərlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb

İçərişəhərlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb

Bölmə: Mədəniyyət
İçərişəhərlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvandan Bakıya gələn məktəblilər martın 23-də İçərişəhəri ziyarət ediblər.

Xalqinfo.az xəbər verir ki, məktəblilər əvvəlcə Qız qalası ilə tanış olublar. Şagirdlərə Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Məktəblilərə Qız qalasında konservasiya işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə də məlumat verilib.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da şagirdlərdə böyük maraq doğurub.

Naxçıvan məktəblilərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

İçərişəhərlə tanışlıq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi”ni ziyarətlə davam etdirilib. Dərsliklərdə oxuduqları bu sarayı əyani şəkildə görmək məktəblilərdə Azərbaycan tarixinə marağı daha da artırıb.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhərlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.

İçərişəhərlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb
İçərişəhərlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb
İçərişəhərlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb
İçərişəhərlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb
İçərişəhərlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb
İçərişəhərlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler