» » Parlamentin sədri azərbaycanlıların bayramını təbrik etdi

Parlamentin sədri azərbaycanlıların bayramını təbrik etdi

Bölmə: Mədəniyyət
Parlamentin sədri azərbaycanlıların bayramını təbrik etdi
Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib.

O deyib ki, Gürcüstan çoxmillətli və çox konfenssiyalı ölkədir. Biz bütün millətlərin, o cümlədən azərbaycanlıların qeyd etdikləri bayramlarda iştirak edir, onların sevincini bölüşürük.

Gürcüstanda yaşayan azərbaycanlı həmvətənlərimizi, eləcə də bu sevinci bir-biri ilə bölüşən bütün insanları Novruz bayramı münasibətilə təbrik edirəm.

Kobaxidze deyib: “Novruz bayramında min illərdir ki, gecə ilə gündüzün bərabərliyi qeyd edilir. Bu bayram əsrlər boyu Gürcüstanda qeyd olunub və bu ənənə yenə də davam edəcək. Novruz yeniləşmə və yeni həyat deməkdir. Arzu edirəm ki, qeyd etdiyimiz Novruz bayramı xalqlarımıza sülh, əmin-amanlıq və firavanlıq gətirsin”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler