» » Məşhur türk yazar vəfat etdi

Məşhur türk yazar vəfat etdi

Bölmə: Mədəniyyət
Məşhur türk yazar vəfat etdi
Türkiyənin ən məşhur media nümayəndələrindən biri olan Tayfun Talipoğlu vəfat edib.

Xalqinfo.az big.az-a istinadən bildirir ki, "Anadolu insanının səsi" kimi tanınan yazar 55 yaşında dünyasını dəyişib.

Talipoğlunun bu gecə saat 01.00-də evində birdən-birə vəziyyəti pisləşib və yerə yıxılıb. Evdə olan dostu təcili yardım çağırıb və onu xəstəxanaya aparıblar. Lakin həyatını xilas etmək mümkün olmayıb.

Tayfun Talipoğlunun oğlu Candaş Talipoğlu bildirib ki, atası 3-cü dəfə infarkt keçirib.

Məşhur yazar "Milliyət" qəzetində, ATV və NTV telekanallarında çalışıb. Eyni zamanda "Takvim", "Yeni Yüzyıl", "Cumhuriyet" qəzetlərinin köşə yazarı idi.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler