» » Əfsanəvi musiqiçi vəfat etdi

Əfsanəvi musiqiçi vəfat etdi

Bölmə: Mədəniyyət
Əfsanəvi musiqiçi vəfat etdi
ABŞ-da əfsanəvi amerikalı musiqiçi Çak Berri vəfat edib.

Xalqinfo.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Bildirilir ki, musiqiçi Missuri ştatındakı evində huşunu itirib. Göstərilən cəhdlərə baxmayaraq, Berrini həyata qaytarmaq mümkün olmayıb.
1926-cı ildə doğulan müğənni və gitaraçı Çak Berri rok-n-roll tarixində ən nüfuzlu ifaçılardan biri hesab olunur. O, 1986-cı ildə rok-n-rollun Şöhrət zalına daxil edilən ilk musiqiçilərdəndir. Berri “Rolling Stone” jurnalının versiyasına görə, bütün dövrlərin 100 ən böyük ifaçıları siyahısına daxil edilib və orada 5-ci yeri tutub. O, “Qremmi” mükafatı laureatı idi.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler