» » Xalça Muzeyində növbəti “Ailə günü”

Xalça Muzeyində növbəti “Ailə günü”

Bölmə: Mədəniyyət
Xalça Muzeyində növbəti “Ailə günü”
Martın 18-də Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə “Ailə günü” adlı tədbir təşkil olunub.

Xalqinfo.az-a daxil olan məlumata görə, “Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideynlərlə uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək, həmçinin Novruz bayramının yaranma tarixi və adət-ənənələri haqqında məlumat verməkdir.

Tədbirdə Təhsil Nazirliyinin, “Respublika Yaradıcılıq Mərkəzi”nin üzvləri iştirak edib. Keçirilən proqramda “öz xalçanı yarat” kompüter proqramı, xalça pazlını yığ, Bahar qızının iştirakı ilə əyləncəli viktorina, “səməni saxla məni”, “Xalçalarda Novruz adət və ənənələrimizi simvol edən elementlər” mövzusunda tematik ekskursiya (Azərbaycan, ingilis və rus dillərində), “Şəkərbura”nı naxışlamaq, “Novruz yumurtasını boya”maq, ələ xına bəzəyinin çəkilməsi, dekorativ əl işləri hazırlamaq kimi maraqlı, əyləncələr təşkil olunub. Həmçinin sehrli açıqca hazırla və “Arzu ağacı” müsabiqəsində ən maraqlı rənglənən buta və ən fərqli arzunun sahibi növbəti “Ailə günü” proqramına pulsuz bilet qazanıb.

Tədbir tanınmış memar Elçin Əliyevin uşaqlara görüşü və onun Abşeron memarlığının tarixi barədə məlumat verməsi ilə davam edib. Görüşdən sonra “Azərbaycan memarlığı” rəsm müsabiqəsi təşkil olunub və ən yaxşı 5 rəsmin müəllifi mükafatlandırılıb.

Sonda Kosa, Keçəl, Bahar qızı, Cırtdan və digərlərinin iştirakı ilə əyləncəli konsert proqramı təqdim olunub.

Qeyd edək ki, “Ailə günü” proqramı martın 26-dək davam edəcək.

Xalça Muzeyində növbəti “Ailə günü”
Xalça Muzeyində növbəti “Ailə günü”
Xalça Muzeyində növbəti “Ailə günü”
Xalça Muzeyində növbəti “Ailə günü”
Xalça Muzeyində növbəti “Ailə günü”
Xalça Muzeyində növbəti “Ailə günü”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler